Tarix: 30.10.2024 / 09:12
Həbsdə olan azərbaycanlı fəalın rəsm    sərgisi keçiriləcək

Həbsdə olan azərbaycanlı fəalın rəsm sərgisi keçiriləcək

Evin həbsxanasında saxlaılan mədəni fəal və sənətçi Mürtəza Pərvinin rəsm kolleksiyasından ibarət sərgi keçiriləcək.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Məlumata görə, rəsm sərgisi Mürtəza Pərvinin emalatxanasında baş tutacaq. Sərgi oktyabrın 12-də,"Qezil Dizayn" istehsal sənət emalatxanasında keçiriləcək.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildə həbs edilən Mürtəza Pərvin Tehranın Evin həbsxanasına aparılıb. Bir neçə gün əvvəl Tehran İnqilab Məhkəməsi fəalı "hökumətə qarşı təbliğat" "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq" ittihamına görə 6 il müddətinə azadlıqdan məhrum edib.


Şərhlər

Yaz...