Tarix: 04 May 2024 11:48 | Baxış sayı: 8526
Amerikada yaşayan azərbaycanlı polis çətin durumda…   - O, erməni diasporu ilə məhkəmədə tək qalıb

Amerikada yaşayan azərbaycanlı polis çətin durumda… - O, erməni diasporu ilə məhkəmədə tək qalıb

Türkiyədə yaşayan 1100 azərbaycanlı Prezident Adminstrasiyasına məktub göndərərək, Los-Ancelesdə Ermənistanın təcavüzünə qarşı mitinq iştirakçılarına, o cümlədən Fəxri Mirzəquliyevə yardım göstərilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının icrasını tələb ediblər.

Diaspora.TV xəbər verir ki, məlumatı Kaliforniyadakı Azərbaycan diasporunun nümayəndəsi Fərhad Ələkbərzadə verib.

O, məktubda 1100 nəfərin adı və telefon nömrəsinin olduğunu qeyd edərək imzatoplama kampaniyasının davam etdiyini vurğulayıb.

F.Ələkbərzadə bildirib ki, Fəxri Mirzəquliyev 4 ilə yaxın erməni diasporu ilə məhkəmə çəkişmələrində tək qalıb, həyatı təhlükə altındadır:

“Onun məktubu heç vaxt Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fəxri ilə əlaqə saxlayıb. Xarici İşlər Nazirliyi bütün bu məlumatları, o cümlədən Fəxrinin verdiyi hesabatları kömək istəyi ilə Prezident Administrasiyasına göndərib. Məndə olan məlumata görə, bu xəbərlər heç vaxt Prezidentə çatmayıb. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-a gələrək Fəxri ilə görüşüb. İclasda şahidlər qarşısında bildirib ki, ilk gündən dəstək verilməli idi, o zaman bu məsələ asanlıqla həll olunardı. Fəxrinin məktubunun Prezidentə çatdırmağı xahiş edəndə Fuad Muradov bunu edə bilməyəcəyini, lakin 3 ay ərzində özü kömək edəcəyinə söz verib. O vaxtdan bir ildən çox vaxt keçib. Nəticədə Fəxriyə diasporun inkişafındakı xidmətlərinə görə medal verilib, lakin başqa heç bir yardım göstərilməyib. Amerikada heç kim başa düşmür ki, məmurlar prezidentin birbaşa yardım göstərmək əmrini necə yerinə yetirə bilmirlər”, - F.Ələkbərzadə deyib.


Qeyd edək ki, Los-Ancelesdən çalışan azərbaycanlı polis Fəxri Mirzəquliyevin qəhrəmanlıq hekayəsi 2020-ci ildə Azərbaycanda bütün mediada yayılıb.

Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada ermənilərin təxribatının qarşısını alan azərbaycanlılar arasında canlı qalxan kimi onların qarşısında dayanıb. Karyerasını riskə atan F.Mirzəquliyev mitinqə gedərək üç min nəfərlik təcavüzkar erməni kütləsi ilə əhatə olunan 30 azərbaycanlını hadisə yerindən çıxarıb.

Göndərilən məktubda Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət nümayəndələri və Türkiyənin sadə vətəndaşları bildirirlər ki, məmurlar dövlətimizin başçısının aksiya iştirakçılarına hər hansı hüquqi, mənəvi və maddi dəstək göstərilməsi ilə bağlı göstərişlərinə əməl etməyiblər.

“Bu hadisələrdə iştirak edən əsas şəxs, polis Fəxri Mirzəquliyevin dəstəklənməsi ilə bağlı göstərişlər unudulub və ya sadəcə olaraq diqqətdən kənarda qalıb. Məmurlar onu dövlət mükafatına təqdim etmək əvəzinə, təfərrüatları həm Azərbaycanda, həm də Türkiyədə artıq bütün ictimaiyyətə bəlli olan bu məsələni konkret təzyiqlərlə susdurmağa çalışıblar. Bizim vətənpərvərlik hisslərimizə təsir edən və açıq düşmənlərimizin - bütün dünyada, xüsusən də ABŞ-dakı erməni diasporunun qürur duyduğu belə bir iyrənc faktı reaksiyasız buraxa bilmərik. Biz siyasətçi deyilik. Biz sadə insanlar düşünməyə başladıq ki, sabah özümüzü eyni hadisə ilə qarşılaşsaq, taleyimizi dövlət başçısının fərmanlarına zidd hərəkət edən məmurlar həll etsə, nə olacaq? Bu kimi faktlar milli mübarizəmizə, xalqımızın birliyinə dərin yaralar vurur”, - deyə məktubda bildirilir./zarkalo.az

Şərhlər

Sabina Manafova

Когда же наконец мы будем сильной и сплаченной нацией, которая стоит горой за своих. Когда же наконец мы будем делать во благо народа... Фахри Мирзакулиев подверг риску свою жизнь, свою карьеру и свое положение в обществе этим защищая свой народ. и что получил в замен предательство. Вы оставили его на растерзание, гонение и посягательства нашим врагам- Армянам. знаю каким не лёгким был его путь, что бы добиться такого положения, и всего что у него было. Армяни смеются над нами, говоря ему что, был бы ты Армянином у тебя было бы все по маслу. Где вы главы государства???

08 May 2024 10:47

Nidjat

Lazım Olan Tədbirlərin Bu Qədər Gec Yerinə Yetirilməsi Həqiqətən Çox Məyus Edicidi. Nə Qədər Gec Deyil Məncə Bunun Üstünə Dqşmək Lazımdı

08 May 2024 08:50

Vusal Huseynov

Salamlar olsun bizi dinləyənlərə,Həmvətənimiz,qardaşimiz,dostumuz Fəxri Mirzəquliyevin belə cətin vəziyyətə düşməsinin ən boyuk gunahi şəxsən mən kecmiş konsul başcisi Nəsimi müəllimdə görürəm,konsul başcisi Nəsimi müəllim Fəxridən gömək istəyib,Fəxri tez olaraq özünü mitinqə catdirib və 30 nəfərdən artiq olaraq bizim azeri qardaş bacilarimiza kömək edib,hal hazirda Fexri qardaşimiz öz tutduqu polis vəzifəsinnən azad olunub və işdən qovulub,buda məlumdurki ermənilər yiqilib Fəxriyə qarşi şikayət ediblər,kecmiş konsul başcisi Nəsimi müəllim tərəfinnən hec bir komək olumayib və eləcədə Dövlət başcisi İlham Əliyev cənablarina xəbər verilməyib, ona görə ki prezident aparatinda işləyən digər məmurlara və eləcədə Nəsimi Müəllimə bu sərf eləmir,Əslində Azərbaycan dövlət tərəfinnən Fəxriyə qarşi pul konpesasiyasi yardim verilməliydi amma yardim olunmayib,mən 20 ildən coxdur ki(ABŞ da)yaşayiram indiyə qədər Nəsimi müəllimi görməmişəm nədə onu məclislərdə görməmişəm,mən elə başa düşürəm ki Nəsimi Müəllim qorxusunnan cölə cixmirdi ki ermənilər ona hücüm edərlər,amma hal Hazirda Nəsimi müəllim Almaniyada oturub səfir vəzifəsində işləyir və daimi olaraq o özünü tez tez hər yerdə reklam edir və mən onun şəkillərini facebukda və digər saytlarda görürəm,mən sön sözümü hamiya bildirmək istəyərdim ki bir şeyi unutmayin ki Fexri qardaşimiz öz əziyəti ilə Amerikaya gəlib öz əziyəti ilə əyaqa qalxib,əziyyət cəkib gecə gündüz yatmayib öxuyub polis akademiyasini bitirmişdir və polis vəzifəsini işləyirdi və indi hal hazirda işsiz oturub,digərləri kimi kiminsə hesabina gəlib konsul olmayib,Fəxrinin bu vəziyətdə düşməsinin ən böyuk günahi mən şəxsən kecmiş Konsul başcısı Nəsimi müəllimdə görürəm,Allah bizim Fəxri qardaşimiza səbr versin,mən inaniram ki Azərbaycanin dövlət başcisi hörmətli prezident İlham Əliyev bu xəbərləri eşidib Fəxri qardaşimiza komək edəcək.

08 May 2024 05:06

Aytən Zadə

Вся Диаспора пристально следит и обсуждает действия наших компетентных представителей и делаем выводы,если не помочь Фахри ,то кто заслуживает этой помощи со стороны Страны?!Уже пора очнуться и строить сильную и стойкую Диаспору за пределами Родины,жизнь доказывает ,что это современная реальность.Просим наконец помочь Фахри героически защищающему Людей!!!!

05 May 2024 05:05

Vuqar Məmmədoglu

Biz həmişə belə işlərdə çox ləng hərəkət edirik. Axı Niyə?

05 May 2024 03:59

Yaz...