Güney Azərbaycan Milli Hərəkatının fəalı Cavid Nəzmi məhkəmə prosesinin sonuna qədər girov qarşılığında zaminə buraxılaraq Təbriz Mərkəzi Həbsxanasından azad edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.
Qeyd olunub ki, dünən səhər saatlarında azərbaycanlı milli fəal Cavid Nəzmi SEPAH-ın kəşfiyyat bölməsindən Təbriz mərkəzi həbsxanasının karantininə köçürülüb. Azərbaycanlı milli fəalın məhkəmə prosesinin sonuna qədər zaminə buraxılması üçün iki milyard tümən girov qərarı çıxarılıb.