Tarix: 30 May 2024 19:05 | Baxış sayı: 1790
Azərbaycanlı müğənni Türkiyədə  rekord qırdı- VİDEO

Azərbaycanlı müğənni Türkiyədə rekord qırdı- VİDEO

Yeni mahnısı işıq üzü görən Güney Azərbaycandan olan müğənni Siyam yenidən rekordlar qıraraq bütün musiqi platformalarında birincilik qazanıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Siyam “Kafamın içi” adlı mahnısını məşhur turk müğənnisi Ebru Yaşarla birlikdə oxuyub.

Bundan əvvəl Siyamın Ebru Yaşarla ifa etdikləri “Yoxsan” mahnısı 3 aya 104 milyona yaxın baxış yığıb.

Qeyd edək ki, əsl adı Siyamək Sahibdil Burhan olan sənətçi özünəməxsus üslubu və təsirli səsi ilə geniş pərəstişkar kütləsi qazanıb.

2009-cu ildə Güney Azərbaycandan Türkiyəyə köçən Siyam 2012-ci ildə musiqi karyerasına başlayıb.

Şərhlər

Yaz...