Tarix: 04 İyun 2024 16:50 | Baxış sayı: 563
Diaspor fəalı Kral Akademiyasına  üzv seçildi

Diaspor fəalı Kral Akademiyasına üzv seçildi

Rigshospitalet və Kopenhagen Universitetinin aparıcı nevroloqu, tibb elmləri doktoru, professor Məsud Aşina 2024-cü il üçün Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyasının üzvü seçilib.

Diaspora.TV Avropa Azərbaycanlılarının sosial media platformasına istinadən xəbər verir ki, professor Məsud Aşina Rigshospitalet və Kopenhagen Universitetində nevrologiya sahəsində ixtisaslaşıb.

O elmi tədqiqatları və Danimarkada müxtəlif sahələr arasında əməkdaşlığın inkişafına töhfələri nəticəsində bu akademiyanın nüfuzlu 18 yeni üzvü sırasına daxil olub.

Xatırladım ki, diasporamızın fəalı, Heydər Əliyev 100 medalının lauereatı Məsud Aşina Yaşat Fondunun himayəçilər şurasının da üzvüdür.

Şərhlər

Yaz...