Tarix: 25 May 2024 16:44 | Baxış sayı: 1875
 Dünyaya səs salan həkim - “MRCS” ixtisaslı  azərbaycanlı cərrah

Dünyaya səs salan həkim - “MRCS” ixtisaslı azərbaycanlı cərrah

“Rauf Şahbazov ABŞ və Böyük Britaniya kimi dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ olan azərbaycanlıdır”.

Diaspora.TV xəbər verir ki, Rauf Şahbazov Nyu-Yorkda transplantasiya üzrə cərrah, çalışdığı transplant mərkəzində canlı böyrək, mədəaltı vəz və robot cərrahiyyəsi proqramlarının direktoru, Amerika-Azərbaycan Tibb Assosiasiyasının təsisçisi və ilk prezidentidir:

“Qubadlı rayonunun Taroğlu kəndində dünyaya gələn soydaşımız, orta təhsilini qızıl medalla bitirdiyi üçün Tibb Universitetinə yalnız 1 imtahanla qəbul olub. ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb, daha sonra cərrahlıq ixtisasına yiyələnib”.

Diaspora.tv-nin məlumatına görə, R.Şahbazov həkimlik karyerasına 5 saylı xəstəxanada başlayıb:

“Səudiyyə Ərəbistanında “Kral Feysəl” klinikasında cərrah kimi çalışıb. Şotlandiyada müvafiq imtahanlar verərək “MRCS” ümumi cərrah ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ verib. Ankarada Başkənd Universitetində, Kaliforniya universiteti klinikası, Klivlend və Beylor klinikalarında təcrübə keçib. 2011-ci ildə Amerika Cərrahlar Kollecinin beynəlxalq qrant layihəsində qalib gəlib. 2012-ci ildə Beylor Tibb Mərkəzi tərəfindən ABŞ-ə dəvət alıb. Nyu-Yorkda Tibb Universitetinin klinikasında transplantasiya üzrə cərrah olmaqla yanaşı, tələbə və rezidentlərə dərs deyir, elmi tədqiqat işləri ilə məşğul olur”.

Diaspora.TV


Şərhlər

Zemine Elturan

Cərrah-transpontoloq Rauf Şahbazovu uzun illərdi tanıyıram.O,istedadlı şagird və tələbə olub.Onun uğurlarına çox sevinirəm.Fəxr etməmək mümkünsüzdür-O,Azərbaycanı daim uzaq ölkələrdə təmsil edib.Uğurlarının davamı gəlsin,Rauf!

26 May 2024 01:37

Yaz...