Tarix: 03 İyun 2024 19:02 | Baxış sayı: 2298
Farsların qarşısında  “Ayrılıq” oxudu, zal qarışdı – VİDEO

Farsların qarşısında “Ayrılıq” oxudu, zal qarışdı – VİDEO

İranda keçirilən mahnı yarışmasında maraqlı və duyğusal anlar yaşanıb. Belə ki, yarışmaya qatılan yarışmaçılardan biri milliyyətcə fars olan münsiflərin qarşısında türkcə "Ayrılıq" oxuyub.

Ondan soruşulub ki, azərbaycanlısan, azərbaycanca mahnı oxuya bilirsənmi? O da təsdiqləyib. Yeniyetməyə "oxu" deyincə, ikiyə bölünmüş Azərbaycanın durumunu ifadə edən "Ayrılıq" mahnısını dilləndirib.

Diaspora.TV musavat.com-a istinadla xəbər verir ki, bu video-parça hazırda dünyada yaşayan Azərbaycan türkləri arasında fenomen olub.

Çünki Güneyli yeniyetmə əslində bölünmüş Azərbaycan həsrətinin təsnifini ifadə edib.



Şərhlər

Əbdüləmi Əliyev

Halal olsun!

03 İyun 2024 21:20

Yaz...