Tarix: 11 İyun 2024 09:24 | Baxış sayı: 539
Məktəblərimizə maddi və mənəvi dəstək lazımdır   - Sədr

Məktəblərimizə maddi və mənəvi dəstək lazımdır - Sədr

“Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin sayının artırılması ilə bağlı uzun illər maraqlanmışıq” .

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən Elmi Araşdırmalar Assosiasiyasının sədri Ehtiram Əmirxanlı deyib.

E.Əmirxanlı qeyd edib ki, xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin sayının artırılmasını vacib məqamlardan biri olduğunu düşünür:

“Eyni zamanda həmin məktəblərə maddi və mənəvi dəstək də lazımdır. Bundan başqa, peşəkar pedaqoqların hazırlanması istiqamətində də mühüm addımlar atılmalıdır”.

Sədr əlavə edib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan əsilli alimlərimizin əsərlərinin milli universitetlərimizdə tədrisi məsələsinin gündəmə gətirilməsini alqışlayır:

“Düşünürəm ki, təkcə əsərlərinin tədrisi deyil, eyni zamanda vaxtaşırı həmin alimləri dəvət etmək, onlara lazımi mənəvi dəstək də vermək lazımdır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...