Tarix: 25 Oktyabr 2024 12:19 | Baxış sayı: 159
Roma papalarının Azərbaycan hökmdarları ilə   hansı yazışmaları olub?

Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları olub?

Baku TV-də "Dünya arxivlərindən Azərbaycan" adlı araşdırma yayımlanıb.

Qeyd edilib ki, aparılan araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində Azərbaycana aid 85 sənəd aşkarlanıb. Onların dördü Qafqaz Albaniyasına aiddir. Bu sənədlər latın, italyan, yunan, fransız, həmçinin türk, fars, ərəb, monqol və s. dillərdədir.

Filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva Vatikanda saxlanılan Azərbaycan sənədlərindən bəhs edərkən onu qeyd edib ki, onlardan 1000 səhifəyə yaxınını ölkəmizə gətirmək mümkün olub:

"Onların arasında əsasən tarixi sənədlər önəmli yer tutur. Həmin sənədlər 10-20-ci əsrləri əhatə edir. Səfəvi hökmdarları - İsmayıla, Təhmasibə, Abbasa, Hüseyn Səfəviyə yazılan məktublar Vatikan arxivlərində saxlanılır".

Rəflərin və stellajların uzunluğu 85 kilometr olan adıçəkilən zəngin arxivdəki sənədlərimizin bərpaya ehtiyacı olduğu məlumdur. Buradakı milyonlarla sənədlərin içərisindən Azərbaycana aid materialların tapılması isə asan məsələ olmayıb. Vatikan Məxfi Arxivində işləmək imkanı qazanan mərhum Fərid Ələkbərli araşdırma aparan alimlərimizdəndir. Onun "Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabında bir çox vacib sənədlər haqqında geniş məlumat verilib. Samirə Əliyeva bildirib ki, F.Ələkbərli Vatikanın Məxfi Arxivlərində işləyərkən orada saxlanılan sənədlərin 20 faizinin kataloqa alındığını qeyd edib. Buna görə də, arxivlərdə işləmək çox çətin olub:

"Fərid Ələkbərli məxfi arxivlərlə yanaşı, Vatikan Apostol Kitabxanasında da geniş tədqiqat işləri apararaq Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin əsərlərini əldə edib. Eyni zamanda, orta əsrlərə aid, elmə məlum olmayan doqquz azərbaycanlı müəllifin əsərlərini də əldə edib. Hətta zamanında F.Ələkbərli həmin arxivlərdə işləyərkən elə məlumatlar toplayıb ki, onlar hələ bizə məlum deyildi".

Sözügedən sənədlər arasında Roma papalarının orta əsr Azərbaycan hökmdarları ilə yazışmalarını əks etdirən materiallar var. Onların Abağa xan, Arqun xan kimi Elxani hökmdarları, eyni zamanda, Ağqoyunlu hökmdarı Uzun Həsən ilə münasibətləri mövcud olub, eləcə də Səfəvi saraylarına dəfələrlə diplomatlarını və missionerlərini göndəriblər. Orta əsrlərdə Azərbaycanı idarə edən sülalələrin nümayəndələri Vatikan, Genuya, Venesiya və İtaliyada yerləşən digər şəhərlər, həmçinin ölkələrlə güclü siyasi və iqtisadi əlaqələr yaradıblar.

Ətraflı süjetdə:


Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Qəzza müharibəsinə başlayan İranın    bir ili
Diaspor, Video Qalereya, Cənub saatı

Qəzza müharibəsinə başlayan İranın bir ili

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

İraqdakı Azərbaycan:    Türkmanlar
Video Qalereya, Müzakirə vaxtı

İraqdakı Azərbaycan: Türkmanlar