Tarix: 10 İyun 2024 16:15 | Baxış sayı: 692
Rusiyada dörd azərbaycanlıya   29 il cəza verildi

Rusiyada dörd azərbaycanlıya 29 il cəza verildi

Krasnoyarsk diyarında 4 Azərbaycan vətəndaşı qətl törətməkdə təqsirli bilinib. Vilayət məhkəməsi 2023-cü ilin avqustunda Krasnoyarskın Şaripovo şəhərində dörd azərbaycanlını bir nəfəri öldürməkdə və bir cütlüyü isə öldürməyə cəhddə təqsirli bilinib.

Diaspora.TV xəbər verir ki, bu barədə “Interfax” məhkəmə zalından xəbər verib.

İclas başlamazdan əvvəl təqsirləndirilən şəxslər rus dilini bilmədiklərini bildirib və tərcüməçi tələb ediblər.

“Məhkəmə təqsirləndirilən şəxslərin təqsirli bilinməsi barədə qərar çıxarıb, onlardan biri 17 il müddətinə ciddi rejimli koloniyada cəzaya məhkum edilib. Qalanları ümumi rejimli koloniyada saxlanmaqla hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə hakim Andrey Artemenko bildirib.

Həmçinin, mərhumun yaxın qohumunun xeyrinə ən uzun cəza alan şəxsdən 1 milyon rubl məbləğində mənəvi ziyana görə kompensasiya ödəməsi barədə qərar çıxarılıb.

Eyni zamanda, İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə istintaq idarəsinin mətbuat xidmətinin aydınlaşdırdığı kimi, təqsirləndirilən şəxslər Rusiyada fiziki şəxslə müqavilə əsasında avtoyol çəkişişində işçi kimi işləyiblər.

Şərhlər

Yaz...