Tarix: 06 İyun 2024 13:18 | Baxış sayı: 308
Şərqi Azərbaycan xəstəxanaları...    - 80 faizi acınacaqlı vəziyyətdədir

Şərqi Azərbaycan xəstəxanaları... - 80 faizi acınacaqlı vəziyyətdədir

Şərqi Azərbaycan əyalətində mövcud olan xəstəxanaların 80 faizinin 60-70 il öncə tikilib və onların yenilənməsi, yenidən qurulması zəruridir.

Diaspora.TV xəbər verir ki, bu barədə Təbriz Universitetinin rektor müavini Əli Cənnəti yerli mediaya verdiyi müsahibəsində deyib.

O, Şərqi Azərbaycanın 4 milyondan, Təbriz şəhərinin isə 2 milyondan çox əhalisinin olduğu üçün mövcud köhnə xəstəxanaların azərbaycanlıların səhiyyə problemlərini həll etməyə qadir olmadıqlarını söyləyib.

"60-70 il əvvəl inşa edilən və ümumilikdə 6 min çarpayısı olan 43 xəstəxananın olması səhiyyə sahəsində ağır vəziyyət hesab edilir və dövlət bu çatışmazlığın aradan qaldırılması üçün tədbir görməlidir",- Ə.Cənnəti bildirib.

Rektor müavini fövqəladə vəziyyətlərdə, o cümələdən zəlzələ baş verəcəyi təqdirdə əyalətdəki xəstəxanaların vətəndaşlara normal xidmət göstərə bilməyəcəkləri, özlərinin də dağılacaqları ilə bağlı xəbərdarlıq edib.

Şərhlər

Yaz...