Tarix: 26.07.2024 / 11:00
Soydaşlarımızın hüquqları pozularsa diaspora müraciət edə bilərlər  - Sədr

Soydaşlarımızın hüquqları pozularsa diaspora müraciət edə bilərlər - Sədr

“Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının Azərbaycan səfirliyi ilə əməkdaşlığı yerləşdiyi ölkənin qanunvericiliyi çərçivəsində mümkündür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Moskvadakı Azərbaycan icmasının sədri Şamil Tağıyev deyib.

Müsahibimizin sözlərinə görə, bir çox ölkələrdə ikitərəfli əməkdaşlıq həmin təşkilatı və yaxud onun üzvlərini “xarici agent” statusuna gətirə bilər:

“Belə məqamlardan irəli gələrək, ikitərəfli əməkdaşlıq ölkələr arasında fərqlidir. Bəzi yerdə daha aktiv, bəzi yerlərdə isə maksimal şəkildə məhduddur. Rusiya Federasiyasını misal gətirsək, burada təşkilatlarla səfirlik arasındakı əməkdaşlıq yalnız rəsmi tədbirlərə dəvət və iştirak çərçivəsində formalaşır”.

Sədr əlavə edib ki, xaricdə yaşayan soydaşlarımızın hüquqları pozularsa diaspora müraciət edə bilərlər:

“Bizdə həmin şəxsi səfirlik nümayəndəsinə yönəldirik”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...