Tarix: 13.10.2024 / 23:26
Telefonunu Bakıda itirən yəhudi şair  Azərbaycan haqqında nə yazdı?

Telefonunu Bakıda itirən yəhudi şair Azərbaycan haqqında nə yazdı?

İsrailin Afula şəhərində yaşayan yəhudi şair və diaspor fəalı Mihail Salman Azərbaycana gələrkən mobil telefonunu hava limanında itirib. Əlini telefonundan tamamilə üzmüş şair yeni telefon almağı düşünərkən, hava limanının polisindən şad xəbər alır.

Diaspora.TV xəbər verir ki, Mihail Salman bu barədə facebook sosial şəbəkəsində minnətdarlıq hissi və Azərbaycana məhəbbətlə yazır:

“İndiki Azərbaycanın portretinə daha bir gözəl nəzər salmaq istəyirsinizmi? Budur, Bakıya çatandan dərhal sonra Hava Limanında mobil telefonumu itirdim. Ya dalğalanan duyğuların üsyanından, ya da dalğınlıqdan - baxmayaraq ki, mən telefonumun itməsindən narahat deyildim. Və bu hadisəni yalnız gecəyə yaxın xatırladım. Telefonu itirdiyimi anlayanda ilk fikrim bu oldu: yaxşı, yenisini almalıyam. Bunu da sonraya təxirə saldım. Qəbələyə, Şəkiyə getdik... Bir həftə keçdi. Və sonra təsadüfi bir söhbət bu hadisəni xatırlatdı. Bizə Hava Limanının polisinə zəng etməyi məsləhət gördülər. Zəng etdik, telefonun modelini, nişanlarını istədilər və əlaqə saxlayacaqlarını bildirdilər. Bir müddət sonra “tanımaq” üçün gəlmək təklifi ilə zəng aldıq. Bir sözlə telefon tapıldı. Olduğu kimi və zədələnməmiş. Və mən telefonumun geri qaytarılmasından çox, itirilənlərin geri qaytarıldığı vətənim Azərbaycanla qürur duydum...”.

Xatırladaq ki, Azərbaycan və İsrail Yazıçılar birliklərinin üzvü olan Mihail Salman “AZİZ” İsrail-Azərbaycan Beynəlxalq Asossiasiyasının fəallarındandır. Eşkinaz yəhudisi olan cənab Salmanın babası 19-cu əsrin sonlarında neft bumu yaşayan Bakıya gəlib. O zamandan Bakıda yaşayan Salmanlar Azərbaycanı öz vətənləri hesab edirlər. Mixail Salman və Azərbaycan türkü olan xanımı Yeganə Salman İsraildəki Azərbaycan diasporunun fəallarındandırlar.

Şərhlər

Cavansir Məmmədov

Hasanova Aygün Şad olduq Bu sevincə Kəşki bizdə itirdiyimiz şeyləri fikirini etmiyəcək qədər pulumuz olsa Bizim o qədər pulumuz olmayacaq. Olandada birim itirdiyimiz bir şeyi almağa həvəsiniz qalmayacaq

20.10.2024 / 16:28

Cavansir Məmmədov

Bizdə doğulan gündən bu günə kimi itirə itirə gəlmişik. Nə itirdiyimizi tapmamisiq. Nədə tapdığımız itirdiyimiz deyilmiş.

20.10.2024 / 16:26

Hasanova Aygün

Şad olduq Bu sevincə Kəşki bizdə itirdiyimiz şeyləri fikirini etmiyəcək qədər pulumuz olsa

14.10.2024 / 09:36

Yaz...