Tarix: 11 İyun 2024 13:26 | Baxış sayı: 273
Vyanada Tofiq Əhmədovun 100 illik yubileyi  qeyd olunacaq

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyi qeyd olunacaq

Caz artisti, klarnet və saksofon ifaçısı, bəstəkar, dirijor və Azərbaycanın xalq artisti Tofiq Əhmədovun Vyanada 100 illik yubileyi qeyd olunacaq.

Bu barədə Diaspora.TV-yə “Culture Meeting Point” Vyana Mədəniyyətlərarası Beynəlxalq Təşkilatın musiqi rəhbəri, "Sevinc yaradan musiqi" adlı (MmF-Musik macht Freude) Vyana Musiqi Məktəbinin qurucusu, incəsənət üzrə fəlsəfə elmlər doktoru Fərəh Tahirova deyib.

F.Tahirova bildirib ki, Tofiq Əhmədov kimi görkəmli sənətkarlar Azərbaycan caz musiqisinin inkişafına mühüm töhfələr verib.

Xatırladaq ki, Tofiq Əhmədov 1924-cü il fevralın 8-də Bakıda anadan olub. Peşəkar karyerasının ən məsuliyyətli mərhələsi 1960-cı ildə başlayıb.

Tofiq Əhmədov Azərbaycan Radio və Televiziyasının Estrada Orkestrinin (1960-1981) rəhbəri və baş dirijoru, yaradılmasında əsas rolu olub. 21 il orkestrə rəhbərlik edib.

1960-cı illərdə Kuba Respublikasının SSRİ-dəki səfiri Karlos Olivares Sançesin dəvəti ilə orkestr respublikanın yaranmasının 11-ci ildönümünü qeyd etmək üçün Moskvaya gedən Tofiq Əhmədov daha sonra öz caz orkestri ilə Kubada çıxış edib (1967).


Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...