Tarix: 22 May 2024 17:24 | Baxış sayı: 2463
 Xızıdan Almaniyaya uzanan yol...  - Bərbər soydaşımızın hekayəsi

Xızıdan Almaniyaya uzanan yol... - Bərbər soydaşımızın hekayəsi

Yaqubov Elman Telman oğlu 25 iyun 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Xızının Bəyəhmədyurd kəndi və Altıağac qəsəbəsindəndir. Sumqayıt şəhəri 33 nömrəli tam orta məktəbi bitirib. Ailəlidir, 2 övladi var. 2013-cü ildən Almaniyanın Berlin şəhərində yaşayır.

Elmanın hələ gənc yaşlarından bərbər peşəsinə çox bağlı olduğunu hiss edən valideynləri ona dəstək olmuşlar. O, 1998-ci ildə Sumqayıtda 13 mikrorayonda yerləşən bərbər salonunda usta İlqar Hacıyevdən sənətin sirlərini öyrənməyə başlayıb.

3 il ərzində saç, saqqal modellərini öyrənən Elman 2002-ci ildə şəxsi bərbər salonu açmış və fəaliyyətə başlamışdır. Gənc olmağına baxmayaraq az müddətdə özünə xeyli müştəri toplamışdır.

E.Yaqubov 2005-ci ildə hərbi xidmətə yollanmışdır. Əsgərlikdə də peşəsini davam etdirmiş, peşəkarlığı komandir-zabit, əsgər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

2007-ci ildə hərbi xidmətini başa vuran E.Yaqubov yenədə öz sevib seçdiyi bərbərlik peşəsini Sumqayıtda davam etdirib. Hər zaman işini genişləndirməyi düşünən Elman 2013-cü ildə Almaniyadan iş təklifi alır. Həmin ildən Berlin şəhərində bərbər salonunda işləməyə başlayır. Xarici bir ölkədə müxtəlif millətlərdən olan müştəriləri fərqli saç, saqqal modelləri ilə razı salmaq o qədər də asan olmur. Alman dilini öyrənmək üçün kurslara yazılır. 6 ay davam edən dil kursunda almanca danışmaq, yazmaq öyrənir.

Yad ölkədə min bir əzab, əziyyətlə, zəhmətlə Elman nəhayət ki, 2017-ci ildə Berlində "EGO Herren Friseur" adlı bərbər salonunu açır. Əl qabiliyyətinə görə o, Berlində də 100-lərlə insanın rəğbətini qazanıb, böyük bir müştəri kütləsi toplayıb.

Elman bərbərlik sahəsində savadını daha da genişləndirmək məqsədilə 2021-ci ilin yanvar ayında Bərbərlik Akademiyasına qəbul olub.Hal-hazırda Berlində yerləşən Akedemiyada təhsilini davam etdirir. Təhsilini bitirdikdən sonra dogma Vətəni Azərbaycana qayıdıb öz sahəsində xalqına xidmət etməyi düşünür.

Elman Vətəndən uzaqda olsa da, Azərbaycanı, ata-baba yurdunu bir an da unutmur, daimi olaraq sosial şəbəkələr vasitəsilə ölkəmizin, qədim Xızı torpağının tarixini, bu gününü yaxından izləyir.

Yad ellərdə Sizi Allaha əmanət edirik, zəhmətkeş, mərd dağlı balası!




Mənbə: "Dağlı tarixindən səda"

Şərhlər

Elman Yagubov

Allah razı olsun.Minəttaram hər birinizə ayrı ayrılıqda

23 May 2024 01:59

Elman Yagubov

Allah sizdərdən razi olsun. Minətdaram hər birinizə ayrı ayrılıqda.

23 May 2024 01:51

Yaz...