Tarix: 07 İyun 2024 18:09 | Baxış sayı: 917
 Təbrizdən  Bakıya  deyil,  İrəvana uçuşlar başlayır

Təbrizdən Bakıya deyil, İrəvana uçuşlar başlayır

Təbriz Hava Limanından Bakıya uçuşlara başlamaq əvəzinə İrəvana uçuşlar başlayır.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

“Asa Jet” Hava Yolları şirkəti Təbriz-İrəvan və əks istiqamətdə təyyarə reyslərinə başlayıb.

Arazın hər iki tərəfində Güney və Quzey Azərbaycanda çoxlu qohumluq bağlarının mövcudluğuna və Güneylə Quzey Azərbaycan arasında çoxlu ortaqlıqlara baxmayaraq Təbrizlə Bakı arasında təyyarə reyslərinin qurulmalı olduğu halda, aralarında heç bir ortaqlıq olmayan Təbrizlə İrəvan arasında təyyarə reysləri açılır.

Bu qərəzli və tamamilə siyasi məsələ təbii ki, azərbaycanlıların həmrəyliyinə xələl gətirmək məqsədi ilə həyata keçirilir, lakin onlar öz mənfur məqsədlərinə çata bilməyəcəklər və tarix qarşısında cavab verəcəklər.

Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Ramin Azəri bu barədə məlumat verib.

Onun sözlərinə görə, uçuşlar həftənin çərşənbə axşamı və cümə axşamı günləri Təbriz hava limanından həyata keçiriləcək.

Şərhlər

Yaz...