Tarix: 09 İyul 2024 18:45 | Baxış sayı: 234
Azərbaycanın Tehrandakı səfirliyi tezliklə açılacaq  - İran XİN

Azərbaycanın Tehrandakı səfirliyi tezliklə açılacaq - İran XİN

“Azərbaycanın Tehrandakı səfirliyi tezliklə yenidən açılacaq. İranın Bakıdakı yeni səfiri hələ təyin edilməyib”

Diaspora.TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin Avrasiya Departamentinin rəisi, nazir köməkçisi Müctəba Dəmirçilu “MizanOnline”a müsahibəsində Azərbaycanın İrandakı səfirliyinin yaxın günlərdə yenidən açılacağını və bu ölkənin səfirinin fəaliyyətə başlayacağını deyib:

“Bunun yaxın 15-20 gün ərzində baş tutacağını gözləyirik”.

İranın Azərbaycandakı səfirinin hələ təyin edilmədiyinə işarə edən diplomat əlavə edib:

“Səfirin təyin edilməsi uzun prosesdir, ona görə, öncə yeni hökumət fəaliyyətə başlamalı, sonra isə səfir təyin olunmalıdır”.

İranla region ölkələri arasında tarixi, sivilizasiya, mədəni, dini və etnik baxımdan çoxlu ortaq cəhətlərin, regional və beynəlxalq müstəvidə ümumi maraqların olduğunu bildirən nazir müavini qeyd edib:

“Təbii ki, həm İranda, həm də Qafqaz ölkələrində hakimiyyətə gələn istənilən hökumət dostluq əlaqələrinin inkişafında maraqlıdır”.

“Biz İranda yeni 14-cü hökumətin də bu bölgəyə xüsusi diqqət yetirəcəyini gözləyirik və münasibətlərin inkişafı üçün aydın perspektiv nəzərdə tuturuq”,-deyə Müctəba Dəmirçilu vurğulayıb./Azad İran

Şərhlər

Yaz...