Tarix: 09 İyul 2024 09:00 | Baxış sayı: 216
Azərbaycanlı gənc   "Simon" cihazı ixtira edib

Azərbaycanlı gənc "Simon" cihazı ixtira edib

Azərbaycanlı gənc insan üçün faydalı cihaz ixtira etdi, beynəlxalq mükafata layiq görüldü.

Diaspora.TV xəbər verir ki, Misirin Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan Azərbaycanlı gənc, diaspor fəalı Sandi Salem Azərbaycanda keçirilən “By Youth For Youth” (“Gənclərdən gənclər üçün”) adlı beynəlxalq forumda iştirak edib.

O, ICESCO-nun liderlik treninqi proqramı çərçivəsində 68 ölkədən seçilən 100 gənc sülh elçisindən biri olub.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə baş tutan Forum çərçivəsində Sandi Salemə nitq və eşitmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulan "Simon" cihazının ixtirasına görə mükafat təqdim edilib.


Şərhlər

Yaz...