Tarix: 21 May 2024 10:33 | Baxış sayı: 2853

Əlcəzairdə yaşayan ilk azərbaycanlı ailə

Diaspora.TV-nin "Diasporla müsahibə" verilişinin növbəti qonağı Əlcəzairdə yaşayan soydaşımız Xumar Nəbiyeva olub.

Müsahibə zamanı X.Nəbiyeva Əlcəzairdə məskunlaşan ilk azərbaycanlı ailə olduqlarını bildirib:

"Hazırda Əlcəzairdə çox az sayda azərbaycanlı yaşayır. Azərbaycanlılar Əlcəzairə adətən iş dalınca gəlir".

X.Nəbiyeva söhbət zamanı diaspor fəaliyyətindən söz açıb. Bildirib ki, mədəniyyətimizi, milli rəqslərimizi, mətbəximizi təbliğ etmək üçün bir sıra layihələr həyata keçirir.

Soydaşımız yaşadığı şəhərdə bir sıra TV verilişlərdə qonaq qismində iştirak etdiyni, Azərbaycanla bağlı maraqlı məlumatlar verdiyini bildirib.

Vətənimizi layiqincə tanıtdığını deyən X.Nəbiyeva həyata keçirdiyi layihələrdə yalnız ona ailəsinin dəstək verdiyini, kənardan, xüsusən də Azərbaycandan heç bir maddi dəstək almadığını qeyd edib:

"Açığı hələ buna ehtiyac duymamışıq. Fəaliyyətimizi səfirliklə birgə qurmağa çalışırıq".

Şərhlər

Yaz...