Tarix: 10 İyul 2024 16:45 | Baxış sayı: 423
Erməni diasporları müharibədən əvvəl Kanadada...   - Professor

Erməni diasporları müharibədən əvvəl Kanadada... - Professor

“II Qarabağ müharibəsindən əvvəl Toronto şəhərində erməni diasporları aktiv fəaliyyət göstərərək Kanada hökumətinə ciddi təsir edirdilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Paradiqma” Elmi Araşdırmalar Mərkəzinin təsisçisi, Kanada Biznes Kollecinin professoru Elsevər Səmədli deyib.

E.Səmədli bildirib ki, bir neçə nəfərlə Torontoda silsilə mitinqlər təşkil edərək az da olsa Kanada ictimaiyyətinin mövqeyini dəyişiblər:

“Sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz Azərbaycan torpaqlarını geri qaytardı və bu nəticə bizlər üçün böyük qürur mənbəyi olmaqla bərabər həm də sonrakı fəaliyyətimizə təsir etdi”.

Hazırda daha çox elmi-sosial fəaliyyətlə məşğul olduğunu vurğulayan E.Səmədli Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində gənclərə fəlsəfi, ədəbi və tarixi mövzularda maarifləndirici gecələr təşkil etdiyini söyləyib. Professor qeyd edib ki, Azərbaycanda 3 monoqrafiya, 5 kitab və onlarla elmi məqalənin müəllifi kimi yaşadığı şəhərdə də elmi fəaliyyətini davam etdirir:

“Son yeddi ildə Torontonun bir neçə kollecində pedaqoji fəaliyyətlə məşğul oluram. Eyni zamanda Kanadanın müxtəlif şəhərlərində Azərbaycan multikulturaliziminə dair mövzularda elmi konfranslarda iştirak etmişəm. Olduğum hər yerdə Azərbaycan həqiqətlərini təbliğ etməyə çalışıram. Hazırda isə mən demək olar ki, fəaliyyətimi fərdi olaraq elmi-sosial istiqamətdə davam etdirirəm”.

E.Səmədli qeyd edib ki, Kanada Diasporla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi “Azərbaycan Evi” fəaliyyət göstərir:

“Bundan başqa 2020-ci ildən isə “Network of Azerbaijani Canadian” təşkilatı bütün Kanada Azərbaycanlılarını öz ətrafında birləşdirməyi bacarıb”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...