Tarix: 10 İyul 2024 17:01 | Baxış sayı: 180
Həbsdə olan vəkil  tibbi yardımdan   məhrumdur

Həbsdə olan vəkil tibbi yardımdan məhrumdur

Evin zindanında həbsdə olan vəkil Tahir Nəqəvi fiziki vəziyyətinin pis olmasına baxmayaraq, lazımi tibbi yardımdan məhrum edilərək həbsxanadan kənar tibb mərkəzlərinə göndərilmir.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Həkimlərin apardığı ürək müayinələri və qan təzyiqi və qalxanvari vəzi ilə bağlı analizlərin aparılması tövsiyəsinə baxmayaraq, aidiyyatı qurumlar Nəqəvinin xəstəxanaya göndərilməsinin qarşısını alır.

Həmçinin Sina Yusifi X hesabında azərbaycanlı vəkil məhbusun səhhətinin pisləşməsi ilə bağlı açıqlama verib:

“İranın məhkəmə sistemi məhbusların ölümünə şərait yaradır…”

Evin həbsxanasında Tahir Nəqəvinin səhhəti pisləşir.

Şərhlər

Yaz...