Tarix: 24 May 2024 11:22 | Baxış sayı: 1866
Maliyyəsiz və dəstəksiz bunu etmək çətindir  – Fərəh Tahirova

Maliyyəsiz və dəstəksiz bunu etmək çətindir – Fərəh Tahirova

“Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Rəşid Behbudov, Zöhrab Adıgözəlzadə, Elmira Abasova, Oqtay Abasquliyev, Şəhla Mahmudova kimi korifeylərimizə həsr edilən yaradıcılıq gecələri, konsertlər, seminarlar keçirmişik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Culture Meeting Point” Vyana Mədəniyyətlərarası Beynəlxalq Təşkilatın musiqi rəhbəri, "Sevinc yaradan musiqi"adlı (MmF-Musik macht Freude) Vyana Musiqi Məktəbinin qurucusu, incəsənət üzrə fəlsəfə elmlər doktoru Fərəh Tahirova deyib.

Onun sözlərinə görə, bir çox əfsanəvi musiqiçilərimiz haqqında alman və ingilis dillərində məqalələri dərc olunub və seminarlar təşkil edib:

“Buna, misal olaraq 2024-cü ildə məşhur Azərbaycan caz musiqiçisi, Saksofon və Klarnet ifaçısı, dirijor, uzun illər Azərbaycan estrada - caz orkestrinin unudulmaz və əvəzolunmaz rəhbəri, əfsanəvi Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş yaradıcılıq gecəsini planlaşdırıram. Mərkəzin direktoru Leyla Qasımovaya göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Böyük sənətkarların irsini avstriyalılara eləcə də Vyanada yaşayan digər millətlərə tanıtmağımızı vətəndaşlıq borcu hesab edirəm”.

F.Tahirova əlavə edib ki, bir sıra layihələrdə Diasporla İş üzrə Dövlət Komitəsindən göstərdikləri diqqətə görə razıdır:

“İnanıram ki, yaxın zamada “Azad Shusha” layihəsinin 2-ci hissəsinə də dəstək göstərəcəklər. Bu layihənin birinci hissəsi Fərid Məşədiəzizlinin rəhbərlik etdiyi Salzburq Azərbaycan Evi və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dəstəyi ilə Vyanada gerçəkləşdi”.

F.Tahirova əlavə edib ki, diasporun yaşadıqları ölkənin ictimai-siyasi həyatına, eləcə də mediasına çıxışı üçün maliyyə vəsaiti lazımdır:

“Düşünürəm ki, maliyyəsiz və dəstəksiz bunu etmək çətindir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...