Tarix: 05 İyul 2024 14:05 | Baxış sayı: 158
Məsud Pezeşkian azərbaycanlılar yaşayan bölgədə   səs verib

Məsud Pezeşkian azərbaycanlılar yaşayan bölgədə səs verib

Prezidentliyə namizəd Məsud Pezeşkian bu gün Tehran şəhərinin Qala Həsən xan bölgəsində yerləşən "Aşura" məktəbində səs verib.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qala Həsən xan bölgəsi Tehranın yoxsul məhəllələrindən sayılır və burada yaşayanların əksəriyyəti türklərdən ibarətdir.

Türk namizədi bölgədə yaşayan azərbaycanlılar, türklər coşqu ilə qarşılayıb, türk dilində "Azərbaycan var olsun, istəməyən kor olsun!" şüarı səsləndirib, xoş gəldin deyiblər./GünazTV


Şərhlər

Yaz...