Tarix: 22 May 2024 09:48 | Baxış sayı: 4340
Moskvada çeçenlər və azərbaycanlılar arasında dava düşdü...  - Bir ölü, 4 yaralı var

Moskvada çeçenlər və azərbaycanlılar arasında dava düşdü... - Bir ölü, 4 yaralı var

Moskvada miqrantlar arasında kütləvi dava və atışma baş verib.

Diaspora.TV musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, bir nəfər ölüb, 4 nəfər yaralanıb. Dava edənlər daha sonra maşınlara minərək qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha sonra aydın olub ki, öz aralarında atışan qruplar çeçenlər və azərbaycanlılar olub.

Münaqişədən sonra Biryulyovo ərazisində atışma baş verən yerdə səpələnmiş gilizlər qalıb.

Münaqişədə kadrlara düşən “BMW” axtarışa verilib. Sonuncu dəfə kameralar onu Podolsk Kursantov küçəsində görüblər.

Son məlumatlara görə, Medınskaya küçəsində baş verən davada təxminən 15 nəfər iştirak edib.


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?