Tarix: 08 İyul 2024 11:11 | Baxış sayı: 156
Pezeşkianı dəstəkləyən vəkil   həbs edilib

Pezeşkianı dəstəkləyən vəkil həbs edilib

Tanınmış vəkil və fəaliyyətinə qadağa qoyulan universitet müəllimi Möhsün Borhani həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə onun qardaşı Əhməd Borhani məlumat verib.

Onun dediyinə görə, Möhsün Borhani "sosial mediada paylaşım edərək din xadimlərini təhqir etmək və hakimiyyətə qarşı təbliğat"da günahlandırılıb.

Qeyd edək ki, o, Məsud Pezeşkianı dəstəkləyib və vətəndaşları seçkidə iştirak edərək mühafizəkar Səid Cəlilinin prezidentliyinə mane olmağa çağırıb./GünazTV



Şərhlər

Yaz...