Tarix: 06 İyul 2024 14:04 | Baxış sayı: 242
Azərbaycanlı prezident seçildi, Güneydə şənliklər   başladı

Azərbaycanlı prezident seçildi, Güneydə şənliklər başladı

Azərbaycanlı siyasətçi Məsud Pezeşkianın İranın 9-cu prezidenti seçilməsindən sonra Güney Azərbaycan şəhərlərində şənlik mərasimləri keçirilib.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli sosial media kanallarında paylaşımlar edilib.

Təbriz, Urmu, Sulduz, Ərdəbil və başqa bir neçə şəhərlərdə küçələrə axışan azərbaycanlılar türk namizədin qələbəsini qeyd ediblər.

Azərbaycan musiqi və mahnıları səsləndirilən mərasimlərdə iştirak edənlər, Pezeşkianı qeyri-fars xalqlara vəd etdiyi milli hüquqların həyata keçirilməsi üçün səy göstərməyə çağırıblar.

Qeyri-fars xalqlarn bir sıra nümayəndələri Məsud Pezeşkianın qələbəsini türk və başqa qeyri-farslara düşmən olan fars miliyyətçilərinin məğlubiyyəti kimi qiymətləndiriblər.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən 16,384 milyon (53,6%) səs toplayaraq İranın 9-cu prezidenti seçilib./GünazTV

Şərhlər

Yaz...