Tarix: 09 İyul 2024 12:16 | Baxış sayı: 480
Pezeşkianın Seçki Qərargahının üzvü  həbs edildi

Pezeşkianın Seçki Qərargahının üzvü həbs edildi

Məsud Pezeşkianın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindəki Seçki Qərargahının üzvü Hacı Əlilu həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Onun din xadimlərini, müharibə veteranlarını və İbrahim Rəisini təhqir etməkdə günahlandırıldığı bildirilib.

Qeyd edək ki, Hacı Əlilu seçkiqabağı təbliğat kampaniyasında etdiyi çıxışında vətəndaşların mollalara inanmadığını deyib.

O, İbrahim Rəisinin həddindən artıq şişirdildiyini və əslində onun prezident kimi azərbaycanlılar üçün heç bir yadda qalan iş görmədiyini söyləyib./GünazTV



Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?