Tarix: 01.07.2024 / 17:14
Qürbətdəki məşhur azərbaycanlılar  - Fotolar

Qürbətdəki məşhur azərbaycanlılar - Fotolar

Qürbətdə yaşayan ziyalı azərbaycanlıların yaşadıqları ölkələrdə tanıdılması, o cümlədən də yerli mətbuat vasitələrində elmi tədbirlərdə iştirak etmələri Azərbaycanın imicinin yüksəlməsinə və diaspora təşkilatlarının yerli cəmiyyətlərlə bütünləşməsinə səbəb olan mühüm amillərdən biridir. Bu fikiri davam etdirərək qeyd etmək lazımdır ki, XX yüz ilin 1988-1990-cı illərində Ukraynanın qərbində İvano-Frankivskıy vilayətində azərbaycanlıların quruduğu ilk milli-mədəni cəmiyyət indiki zamanda da yüksək fəallığı ilə seçilir.

Eyni zamanda xatırlatmaq lazımdır ki, bu təşkilatın sədri ölkədə tanınan ictimai xadim, Ukraynanın “Millətin Qızıl Fondu” nişanı ilə təltif olunan mühəndis Mətləb bəy Tariyel oğlu Nəcəfdir.



Yuxadırda bəhs olunan iş üsulunun məqsədi müxtəlif TV, radio, qəzet və sairə məlumat vasitələrində, xüsusilə çox izlənilən sosial şəbəkələrdə diasporanın yerli millətə məşhur, tanınan və cəbhədə qəhrəmancasına döyüşən azərbaycanlılar haqqında məlumatlar dərc edərək, yüksək ictimai rəyin əmələ gəlməsinə səbəb olmasıdır.

Qeyd olunan cəmiyyətin təsisçilərindən, o cümlədən Ukraynada diaspora hərəkatının qurucularından biri olan tarix elmlər doktoru, professor Fərhad Turanlının təşəbbüsü ilə görulən bu fəaliyyətin Avropada, o cümlədən bütün dünyada yaşayan diaspora təşkilatlarının diqqətə alması və tətbiq etməsində fayda var. F.Turanlı qeyd edir ki, bu cür fəaliyyət nəticəsində xarici ölkələrdə Azərbaycan haqqında yüksək ictimai rəyin əmələ gəlməsinə, fikrin söylənilməsinə və tarixi vətənimizin tanıdılmasına bilavasitə nail olmaq mümkündür.


Xüsusilə indiki zamanda yaşadığımız cəmiyyətlərlə bütünləşməyə güclü təsir edən bu vacib iş üsulunun diaspora təşkilatlarında tətbiq olunmasına İvano-Frankivskıy vilayətindəki Azərbaycanlıların diaspora təşkilatının redaksiya heyətinin kömək etməyə hazır olduğunu da qeyd edərək diqqətinizə ərz etmək istəyirik ki, vətənimiz, kimliyimiz, dilimiz, mədəniyyətimiz, ziyalı azərbaycanlılar haqqında, o cümlədən Ukrayna Silahlı Qüvvələrində Rusya Fererasiyasının işğalına qarşı qəhrəmancasına vuruşan soydaşlarımız haqqında yaşadığımız ölkələrdə məlumatların gücləndirilməsinin mühim əhəmiyyəti var.

Ukraynanın Vasil Stefanik adına Prikarpatiya Milli Universitetinin Elmi kitabxanasında azərbaycanlı alim, tarix elmləri doktoru, professor Fərhad Turanlı adına kitab və arxiv fondu təsis edilib. Şəkildə bu fondun sərgisi gösdərilməkdədir.



Nazim Binnət Mirzə oğlu
Ukrayna Memarlıq Akademiyasının üzvü, Ukrayna Azərbaycanlılar Konqresi İvano-Frankivskıy vilayəti diaspora təşkilatınının təsisçisi


Şərhlər

Yaz...