Tarix: 10 İyul 2024 16:18 | Baxış sayı: 331
Tanınmış azərbaycanlı bloger Rusiyadan   qaçıb

Tanınmış azərbaycanlı bloger Rusiyadan qaçıb

Məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyadan qaçıb.

Diaspora.TV Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının (SLI) rəhbəri Yekaterina Mizulina “Telegram” kanalında bildirib.

Y.Mizulina vergi idarəsinin onu məhkəməyə verdiyini, bir sıra şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını, özünün isə Rusiyadan qaçdığını bildirib. O, həmçinin Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinin digər blogerlər - Asxab Tamaev və Edvard Bilin fəaliyyəti ilə məşğul olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, iyulun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılan blogerin hazırda başqa dövlətin ərazisində olduğu bildirilir.


Şərhlər

Yaz...