Tarix: 10 İyul 2024 10:33 | Baxış sayı: 260
Təbrizli  xanım jurnalist polisə   çağırıldı

Təbrizli xanım jurnalist polisə çağırıldı

Təbrizdən olan xanım jurnalist və ictimai fəal Fatimə Qulipur İran Polis Qüvvələrinin kiberməkana nəzarət bölməsinə çağırılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə o özünün sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, bu, Fatimə Qulipurun iyulun 8-i gecə saatlarında Təbrizdə əzadarlıq mərasimində baş verən və iki nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən insidentlə bağlı məlumat yaydığına görədir.

Qeyd edək ki, iyulun 8-i gecə saatlarında Təbrizin Qaraağac məhəlləsində məhərrəmlik ayı münasibətilə keçirilən əzadarlıq mərasimində dava düşüb./GünazTV



Şərhlər

Yaz...