“Mən Akko bələdiyyəsində Qafqaz cəmiyyəti layihəsinin rəhbəri olan zaman Azərbaycan həqiqətlərini İsraildə tanıtmağa çalışmışam”.
Bu sözləri Diaspora.TV -yə açıqlamasında İsraildə yaşayan soydaşımız, Qafqaz cəmiyyəti layihəsinin keçmiş rəhbəri Təranə Abramova deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporunun Akko şəhərinin ictimai və siyasi həyatına, mediasına nüfuz etməsi üçün müxtəlif layihələr həyata keçirib:
“Yaşadığım ərazidə Azərbaycana olunan haqsızlıqlardan, torpaqlarımızın işğalından, Xocalı faciəsindən hər zaman bəhs etmişəm. İkinci Qarabağ müharibəsində də hadisələri hər an izləmiş, xalqımızla birgə ağlayıb gülmüşəm. Çox şadam ki, biz bu gün qələbə sevincini yaşayırıq. Xocalı faciəsini tanıdıb burada yaşayan insanlara həqiqətləri bacardığım qədər göstərməyə çalışmışam. Təəssüflər olsun ki, hazırda mən o vəzifədə işləmirəm, öz istəyimlə işdən çıxmışam. İş fəaliyyətimi dayandırmağıma baxmayaraq, yenə də əlimdən gələni edirəm. Lakin gələcək planlarımda başqa bir şəhərə köçüb orada fəaliyyətimi davam etdirməkdir”.
Nuriyyə Musayeva
Diaspora.TV