ABŞ-dakı səfirliyimiz Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Diaspora.TV xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
Qeyd olunub ki, mayın 8-də səfirlik ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil edəcək:
“Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”.