Tarix: 15 Aprel 2024 11:24 | Baxış sayı: 1884

“Diaspor təşkilatlarından gözləntilər obyektiv olmalıdır” – Yaşar Musayev

“Diasporla müsahibə”də Almaniyada yaşayan Azərbaycan əsilli mühəndis, texniki elmlər doktoru, diaspor fəalı Yaşar Musayevlə söhbət aparılıb.

Y.Musayev söhbət zamanı Azərbaycan diasporundan və Almaniyada yaşayan soydaşlarımızın diaspor fəaliyyəti, icmalarda birləşmək vərdişlərindən bəhs edib. Qeyd edib ki, diaspor təşkilatlarından gözləntilər konkretləşməli və obyektiv olmalıdır.

Y.Musayev vurğulayıb ki, diaspor təşkilatları fəaliyyətlərində Azərbaycançılıq ideyalarını əsas götürməli, milli mədəniyyətimizin təbliğində fəal iştirak etməlidirlər.

O, Almaniyanın Bavariya torpağında və digər regionlarda Azərbaycan diasporunun fəaliyyətindən bəhs edib.

Müsahibimiz həmçinin həmvətənlərimizin Almaniyaya daha çox təhsil almaq və iş üçün getdiklərini vurğulayıb.

Y.Musayev müsahibə zamanı Almaniyaya təhsil və iş üçün getməyə hazırlaşanlara da bəzi məsləhətlər verib.

Şərhlər

Yaz...