Tarix: 17 Aprel 2024 15:49 | Baxış sayı: 2451
Hikmət Hacıyev  sülhməramlılardan danışdı

Hikmət Hacıyev sülhməramlılardan danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumata münasibət bildirib.

Diaspora.TV AZƏRTAC-a istinadən xəbər verir ki, Hikmət Hacıyev “Mediada gedən məlumata və Rusiya Federasiyası tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanılıb. Bu məlumatı necə şərh edərdiniz?” sualını belə cavablandırıb:

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Qeyd edək ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başladığını təsdiq edib: “Bəli, bu, həqiqətən də belədir”.

Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılmışdı.

Şərhlər

Yaz...