Tarix: 25 Aprel 2024 10:28 | Baxış sayı: 2441

Rusiyada məktəb yaradan gənc azərbaycanlı

Novosibirskdə yaşayan diaspor fəalı, poliqlot Nigar Cəbrayılova Diaspora TV-də “Uğurlu soydaş”ın qonağı olub.

N.Cəbrayılova yaşadığı şəhərdə qazandığı uğurlardan söz açıb.

O bidirib ki, universitetdə təhsil aldığı müddətdə həm də orada müəllim kimi fəaliyyətə başlayıb.

Qonağımız əlavə edib ki, Rusiyada açdığı məktəbdə müxtəlif xalqların nümayəndələri, eyni zamanda da ruslar və azərbaycanlılar təhsil alır, məktəbdə 5 dil tədris olunur.
N.Cəbrayılova 5 dil biliyinə əsaslanıb sosial şəbəkələrdə aktiv olmasından da bəhs edib. Onun sözlərinə görə, ll Qarabağ müharibəsində sosial media üzərindən Rusiyada yaşayan digər millətlərdən olan dostlarını obyektiv informasiya ilə təmin edib.

Yaşlı nəsil tərəfindən azərbaycanlı olduğu üçün Rusiyada bir neçə dəfə ayrı-seçkiliyə məruz qaldığını etiraf edən N.Cəbrayılova hazırda gənclərin daha anlayışlı, yeni fikirli olduğunu vurğulayıb.

Diaspor fəalının sözlərinə görə, hazırda Rusiyada “Azərbaycan kino festivalı günü” təşkil etməyə çalışır. Bunun üçün də Diaspora İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət edib.

N.Cəbrayılova əlavə edib ki, mədəniyyətimizin tanınması, dilimizin öyrədilməsi, Azərbaycançılıq ideyalarını təbliği istiqamətində Rusiya telekanalında çıxışları olub.


Şərhlər

Yaz...