Tarix: 29 Aprel 2024 15:29 | Baxış sayı: 4538
Emin Ağalarov Azərbaycan dilində niyə danışmır?  - Açıqlama

Emin Ağalarov Azərbaycan dilində niyə danışmır? - Açıqlama

Xalq artisti Emin Ağalarov ilk dəfə Azərbaycan dilində danışa bilməməyi haqda açıqlama verib.

Diaspora.TV olay-a istinadla xəbər verir ki, bu mövzu ilə bağlı sənətçinin “Persona” verilişinə müsahibəsi zamanı aparıcı Nicat Xəlilov söz açıb.

O deyib: “Mən indi azərbaycanca danışsam, yəqin ki, siz məni başa düşərsiniz”, - deyə, Azərbaycan dilində bildirib.

Emin isə çətinliklə anladığını qeyd edib:

“Çox çətinliklə başa düşürəm. Anlayıram ki, bu, mənim nöqsanımdır. Hərdən güzgüyə baxanda bunu özümə də deyirəm. Belə alınıb ki, 3 yaşım olanda valideynlərim Moskvaya köçüblər.

Bütün ömrümü Azərbaycandan kənarda yaşamışam. Uşaq əsas dilini evdəki danışıqdan götürür. Bizim evdə rusca danışırdılar.

Biz sovet dövrünün törəmələriyik. Rus dili onda dominant idi. Mən əcnəbi dilləri öyrəndiyim üçün belə alındı ki, Azərbaycan dilini öyrənmədim. İndi bildiklərimlə kifayətlənməli oluram. Azərbaycan dilini öyrənmək planımda həmişə olub. Mütəmadi olaraq söz bazamı artırıram.

Bunun üçün oturub bu işlə məşğul olmalısan. Mənim çoxlu müxtəlif işlərim olduğuna görə hər şeyə gücüm və vaxtım qalmır”.

Şərhlər

Yunis Abdullayev

Mence veteni sevmek ücün her hansı dilde danışmağın vacib deyil.

12 May 2024 03:10

Arif

Əcnəbi dilləri öyrənməyə vaxt tapdın, ana dilini öyrənməyə vaxtın olmadı?

10 May 2024 08:51

Aide

Əslinde her şey üreyden aslidi Emin bey ürey istese öyrenersen ...

08 May 2024 08:33

Ülviyyə İsgəndərova Əlisgəndər qızı

Mənim Ulu Öndərimiz Heydər Əliyevə ona ğörə rəğbətim vark, o Rusiyada Uzun illər yaşasada öz Azərbaycan dilini heç unutmadı .

29 Aprel 2024 19:28

Yaz...