Tarix: 13 Aprel 2024 10:05 | Baxış sayı: 1690

"Güneyli soydaşlarımız Tehranın deyil, Bakının səsini eşitməlidirlər" - Politoloq

Diaspora.TV-də Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ilə Güney Azərbaycanı müzakirə etdik.

Müzakirə zamanı bir az əvvəl Türkiyədə yaşayan azərbaycanlılara müraciət edən M.Əhmədoğlunun İranın qardaş ölkədə yaratdığı platformalardan istifadə edərək azərbaycanlıları necə ələ almasından danışdıq.

Söhbət əsnasında Qarabağ savaşı və ondan sonrakı dövrdə İranın tutduğu mövqe, Fələstin məsələsində Azərbaycana qarşı “qara piar” kampaniyası və digər məsələlərə toxunulub.

M.Əhmədoğlu Avropada yaşayan güneyli soydaşlarımızı fəal olmağa, onları rəsmi Tehranın deyil, Bakının çağırışlarına qulaq asmağa səsləyib.

Şərhlər

Yaz...