Tarix: 05 Aprel 2024 17:05 | Baxış sayı: 3339
"ŞAH" ləqəbli soydaşımız Ukraynada həlak oldu

"ŞAH" ləqəbli soydaşımız Ukraynada həlak oldu

"ŞAH" ləqəbli soydaşımız Əskərov Faiq Tahir oğlu Ukraynanın azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Bu barədə məlumatı Diaspora.TV-yə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat xidmətindən veriblər.

Məlumatda qeyd olunur ki, F.Əskərovla vida mərasimi aprelin 6-da, saat 14:00-da paytaxt Kiyev şəhərinin Mixaylovski meydanında keçiriləcək. Mərasimdə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri və diaspor fəalları iştirak edəcək.


Vida mərasimindən sonra soydaşımız Kiyevin Lesnoy qəbristanlığında - Şəhidlər xiyabanında döyüş yoldaşlarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Əskərov Faiq Tahir oğlu Donetsk vilayəti, Kramatorsk şəhərinin, Terni kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub. 35 yaşlı Faiq əslən Azərbaycanın Şəmkir rayonu, Qapanlı kəndindən idi.

Ruhu şad olsun!

Şərhlər

Yaz...