Tarix: 17 Aprel 2024 11:27 | Baxış sayı: 523
Fransada azərbaycanlılara qarşı hansısa aksiyanın olacağı istisna deyil  - Asim Mollazadə

Fransada azərbaycanlılara qarşı hansısa aksiyanın olacağı istisna deyil - Asim Mollazadə

“Fransada antisemitizim, anti-islamizim, bunlarla yanaşı rasizm çox ciddi fəsadlar yaradıb”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Fransada yaşayan təxminən 80 minə yaxın yəhudi təhlükələrə görə bu ölkəni tərk edib:

“Müsəlmanlarla da bağlı vəziyyət yaxşı deyil, məscidlər yandırılır və sair. Yəni, Fransada indiki durumda təhlükəli vəziyyət var. Orada yaşayan azərbaycanlılar da müsəlmanlara, türklərə qarşı olan təzyiqlərə məruz qala bilər”.

Fransanın yaratdığı gərginlik fonunda ermən diasporunun azərbaycanlılar əleyhinə hansısa addımlar atıb-atmayacağı ilə bağlı sualı cavablandıran deputat vurğulayıb ki, xaricdə yaşayan erməni diasporunun tərkibində uzun illərdir fəaliyyət göstərən terror təşkilatları var:

“Bunu nəzərə aldıqda azərbaycanlılara qarşı hansısa aksiyanın olacağı istisna deyil. Yəni, ermənilər tərəfindən terrorun törədilməsini hər zaman gözləmək olar”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...