Tarix: 26 Mart 2024 16:57 | Baxış sayı: 132
Güney Azərbaycanda etiraz vərəqələri yapışdırılıb

Güney Azərbaycanda etiraz vərəqələri yapışdırılıb

Güney Azərbaycan Milli Hərəkatının fəalları Novruz bayramında Təbriz şəhərində İranda mövcud ayrı-seçkilik, o cümlədən ekoloji böhranla bağlı yüzlərlə etiraz vərəqələri yapışdırıblar.

Diaspora.tv xəbər verir ki, bu haqda güneyli siyasi məhbus və milli fəal Abbas Lisaninin “Teleqram” kanalı xəbər verib.

Vərəqələrdə yazılıb ki, “İran coğrafiyası - ayrı-seçkilik coğrasiyası”, “Urmu gölünün quruması”, “Hur əl-Əzim bataqlığının quruması”, “Yüz illik bəluç əzabları”, “Qeyri-fars millətlərini xilas etməyin yeganə yolu istiqlaldır!”, “İnsanlara azadlıq, millətlərə istiqlal!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” kimi şüarlar yazılıb.


Şərhlər

Yaz...