Tarix: 28 Mart 2024 11:42 | Baxış sayı: 171
Güney Azərbaycana dair illik hesabat hazırlanıb

Güney Azərbaycana dair illik hesabat hazırlanıb

Güney Azərbaycan Milli Hərəkatının fəalları və Güney Azərbaycan xalqının bütün sosial təbəqələrindən olan türk fəalları əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də güneylilərin arzularının həyata keçirilməsi istiqamətində daim fəaliyyət göstərdikləri üçün İran hökumətinin repressiv qüvvələrinin təqiblərinə məruz qalıblar.

Diaspora.tv xəbər verir ki, milli fəallar dəfələrlə uzunmüddətli həbs cəzalarına məhkum edilib və təhlükəsizlik orqanlarına çağırılaraq hədələniblər.

Məlumatlara görə, İranın məhkəmə sistemi təkcə 2023-cü ildə güneyli fəallara ümumilikdə 80 il, 10 ay 6 gün həbs, 70 şallaq və 510 milyon rial (12 min 132 $) cərimə cəzası verib.



Şərhlər

Yaz...