Tarix: 03 Aprel 2024 12:47 | Baxış sayı: 262
Nyu-York merinin azərbaycanlı müşaviri vəzifəsindən niyə uzaqlaşdırılıb?

Nyu-York merinin azərbaycanlı müşaviri vəzifəsindən niyə uzaqlaşdırılıb?


Nyu- York merinin azərbaycanlı müşaviri Rəna Abbasova işindən uzaqlaşdırılıb.

Diaspora.tv xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov öz sosial şəbəkə hesabında paylaşıb.

“Həmyerlimiz Rəna Abbasovanın Nyu- York meri Erik Adamsın baş müşaviri təyin olunmasını, Nyu- York meriyasının beynəlxalq əlaqələrinə rəhbərlik etməsini qürur hissilə paylaşmışdıq. Bir il keçdi. Qovuldu. Hətta Federal Təhqiqat Bürosunun Rəna Abbasovanı təqib etdiyi, dindirdiyi bildirilir. Daha doğrusu, bu barədə yeni xəbər tutub, oxumuşam. Xanım müşavirin mənimsəmə və s. məsələlərdə ittiham olunduğu göstərilir”.

Şərhlər

Yaz...