Tarix: 23 Aprel 2024 16:28 | Baxış sayı: 191
Azərbaycanlı skripkaçı Barselonada  Fəxri diploma layiq görülüb

Azərbaycanlı skripkaçı Barselonada Fəxri diploma layiq görülüb

Çexiyada yaşayan əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İspaniyanın Barselona şəhərində keçirilən “Victoria Music Competition for Violin” müsabiqəsində Fəxri diploma layiq görülüb.

Diaspora.TV AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqənin münsiflər heyətinin prezidenti, professor Viktor Tretyakov, münsifləri professor Nataliya Lixopoy və Laya Monserat olub.

Qeyd edək ki, bu, Canel Nəcəflinin beynəlxalq müsabiqələrdə ilk qalibiyyəti deyil. Bundan əvvəl “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutduğu üçün Nyu- Yorkda yerləşən dünyada məşhur “Weill” konsert salonunda Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.



Şərhlər

Yaz...