Tarix: 02 May 2024 10:28 | Baxış sayı: 3884

İtalyanlar Azərbaycana həsəd aparır

“Diasporla müsahibə”də Əməkdar artist, İtaliyada Azərbaycan Mədəniyyət Assosasiyasının prezidenti Mais Nuriyevlə söhbət aparılıb.

M.Nuriyevlə verilişdə xoreoqrafiya sənətinin inkişafından, İtaliyanların və xaricdəki soydaşlarımızın bu peşəyə olan marağından bəhs olunub.

Qonağımızın fikrincə, İtaliyanlar Azərbaycan rəqslərinə böyük rəğbət bəsləyirlər. Onun incəliklərini öyrənməyə çalışırlar. Eyni zamanda da xaricdə yaşayan azərbaycanlılar rəqslərimizi unutmamaq üçün rəqs məktəbinə müraciət edirlər.

Assosasiya sədrinin sözlərinə görə, Diaspora İş Üzrə Dövlət Komitəsi ona mənəvi dəstək göstərir.

M.Nuriyev Azərbaycan mədəniyyətini tanıtmasından, təşkil etdiyi tədbirlərdən, qurduğu tamaşalardan, iştirak etdiyi mitinqlərdən də danışıb. Bildirib ki, italiyanlar Azərbaycan mətbəxini eləcə də milli yeməklərimizi bəyənirlər. Mədəniyyətimizə həsəd aparırlar.

M.Nuriyev söhbət zamanı qeyd edib ki, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımda italiyanlar bizi dəstəkləyir, haqlı olduğumuzu düşünürlər.

Müsahibimiz sonda Ali Baş Komandan İlham Əliyevə onu medalla təltif etdiyi üçün xüsusi təşəkkür bildirib. Soydaşlarımızı birliyə çağırıb.

Şərhlər

Elvin m.

Həsəd aparmır qardaş bu italyanlar ölür burda yaşamaq ücün. Deyirlər İtaliyada 8000 manat aliriq amma Azərbaycanda maaş 350 manatdır kaş biz də orda yaşayaydıq. Deyirlər bizdə təkcə Roma imperiyasından 300000 tarixi abidə qalıb amma Azərbaycanda Xan sarayı ilə Şirvanşahlar sarayı var vəssalam. nə çox abidədir. Deyirlər dünyanın ən sağlam mətbəxi olan Aralıq dənizi kültürü İtalyadadır amma kaş ki gedib Azərbaycanda neftdən düzəltmə ucuz semiçka yağından bozbaş yeyək. Ah bu italyanlar yazıqlar ah Ah

03 May 2024 23:32

Yaz...