Tarix: 30 Aprel 2024 18:44 | Baxış sayı: 7754
 Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur-  Sabiq deputat

Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat

“Gürcüstanda əsas problem Azərbaycan dilində yaxşı təhsilin olmaması, işsizlik və professional peşə kurslarının azlığıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən “Vətəndaş Cəmiyyətinin Dirçəlişi” İctimai Birliyinin sədri, Marneulidə yaşayan soydaşımız, sabiq deputat Əli Məmmədov deyib.

Onun sözlərinə görə, xarici fondların dəstəyi ilə Azərbaycanın tanıdılması üçün bir sıra tədbirlər həyata keçirilib:

“Yaşadığım Marneuli şəhərinin əhalisinin 85 faizi azərbaycanlılardır. Bu şəhərdə Azərbaycan dilində yayımlanan bir telekanal belə yoxdur. Yaxşı olardı ki, burada radio və televiziya fəaliyyət göstərsin. Hesab edirəm ki, bununla bağlı icmalar müəyyən tədbirlər görməlidir”.

Sabiq deputat qeyd edib ki, problemlərin əksəriyyəti azərbaycanlıların gürcü dilini bilməməsindən qaynaqlanır:

“Gürcüstanda yaşayan azərbaycanlılar heç zaman diaspor olmayıb, çünki onlar yerli əhalidir”.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Qami

Olmalıdır,Belə olmaz,ermənilər harda 2 erməni olsa,orda diasporaları,birlikləri olur,bəs bizim??

10 May 2024 18:35

Dilqəm

Aborigen əhaliyə fəaliyyətsiz diaspora yox bir başa Dövlət dəstəyi lazımlıdır.

09 May 2024 12:40

Ziya

Eminemki yaxsi bazarimiz var orda

04 May 2024 12:59

Eyvaz məmmədov

Çünki ziyalı yoxdur.kokundə isə erkən nigah dayanır

30 Aprel 2024 23:40

Yaz...