Tarix: 22 Aprel 2024 11:18 | Baxış sayı: 939

Bu gün diasporalar arasında müharibə gedir... - Diaspora rəhbəri

“Diasporla müsahibə”də karate üzrə 6 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi və eyni zamanda Avstriya Azərbaycanları Cəmiyyətinin sədri, jurnalist Fərid Əzizovla söhbət aparılıb.

F.Əzizov müsahibə zamanı Avstriyadakı Azərbaycan diasporundan, Zalsburqda yerləşən Azərbaycan evinin fəaliyyətindən söz açıb.

Bildirib ki, xaricdə və eləcə də Avstriyada yaşayan soydaşlarımız bir yumruq kimi birləşməli, vətənimizi xarici mediada da tanıtmalıdırlar.

Cəmiyyət sədri Avstriyaya getmək istəyən həmvətənlərimizə də tövsiyələr verib.

Dil öyrənməyin vacibliyini qeyd edən qonağımız xaricdə təhsil alan gənclərə də vətənə qayıdıb, Azərbaycan üçün çalışmalarını təklif edib.

F.Əzizov veriliş zamanı idman sahəsində qazandığı uğurlardan bəhs edərək, Azərbaycan bayrağını dalğalandırmağından da qürurla danışıb.

Şərhlər

Yaz...