Tarix: 06 May 2024 18:12 | Baxış sayı: 3341
Bu şəhərdə 50-60 min erməni,  5-8 min azərbaycanlı yaşayır

Bu şəhərdə 50-60 min erməni, 5-8 min azərbaycanlı yaşayır

“Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində bir çox millətin nümayəndəsi yaşayır. Burada yaşayan millətlər arasında sayca 1-ci yerdə ruslar, 2-ci yerdə ermənilər, 3-cü yerdə isə azərbaycanlılardır. Hazırda burada 50- 60 min erməni, 5- 8 min isə azərbaycanlı yaşayır”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov deyib. Onun sözlərinə görə, cəmiyyətimizi qurduğumuz andan qərara aldıq ki, Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı güclü təşkilat olmalıyıq:

“Əlbəttdə ki, Rusiya qanunlarına əsaslanaraq biz buna nail olduq. Həm dövlət rəhbərlərinə, həm də əhaliyə Azərbaycan həqiqətlərini çatdıra bildik. Bütün bunlara nail olmaq üçün Azərbaycanın tarixi qalibiyyətinin rolu böyük oldu. Eyni zamanda yaşadığımız ərazidə dövlət tərəfindən bizə çox böyük diqqət yetirilir. Yəni, tədbirlərimizi keçirmək üçün şərait yaradılır. Düşünürəm ki, Rusiyanin bütün şəhərlərində bu belədir. Bunlardan istifadə etmək isə yalnız cəmiyyətimizin fərasətinə bağlıdır. Məsələn, bizə 240 kv-metrlik yerdə Azərbayan Evi ayrılıb. Burada biz Azərbaycan tarixini, musiqisini, kulinariyasını, ümumiyyətlə milli - mədəniyyətini əks etdirən guşələr yaratmışıq. Xocalı soyqırımını, 20 Yanvar faciəsi ilə bağlı tədbirlər, eyni zamanda dövlət bayramlarımızı da çox yüksək səviyyədə keçiririk. Həmçinin, Rusiya günlərini də qeyd edirik”.


T.Zeynalov əlavə edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bizim bu işlərimizdə böyük rol oynayır:

“Qalibiyyətdən öncə də bu işləri görürdük. Ancaq indi işlərimiz xeyli asanlaşıb. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi də bu işdə bizə dəstək olur. Dəstək deyəndə hər kəs maddi dəstəyi nəzərdə tutur. Amma heç bir qurum maddi dəstək vermir. Bunların hamısını biz burda yaşayan millətimizin dəstəyi nəticəsində edirik. Artıq yaşadığımız şəhərdə bizi hər kəs tanıyır və sözsüz ki, biz də öz həqiqətlərimizi çatdırırıq”.



T.Zeynalov vurğulayıb ki, ən böyük çətinlikləri insanlarımızın savadsızlığıdır:

“Bunun da öhdəsindən gəlməyə çalışırıq. Yeni nəslin maariflənməsi üçün müxtəlif siniflər açırıq və hər kəs uşaqlarını burada oxutmağa çalışır. Eyni zamanda, valideynlər uşaqlarını yaxşı məktəblərə qoymaq istəyirlər. Biz də öz növbəmizdə onlara yardımçı oluruq. İnanın dövlət rəsmiləri də hər cür yardımlarını edirlər. Uşaqlarımıza Azərbaycan müəlliflərinin şeirlərini, mahnılarını, rəqslərini, nağıllarını öyrədirik, hətta tamaşlar göstəririk. Bütün tədbirlərimizdə dövlət rəsmiləri sevə-sevə iştirak edirlər. İnanıram ki, 5-10 il ərzində bəzi problemlərin də öhdəsindən gəlmiş olacağıq. Burdakı yeni nəsil savadlı və dövlətin bütün strukturlarında işləyə biləcək gücdə olmalıdır”.

Müsahibimiz əlavə edib ki, Azərbaycan diasporunun yaşadıqları ölkənin, şəhərin ictimai-siyasi həyatına, eləcə də mediasına nüfuz etməsi üçün ən böyük şərt güclü olmaqdır:

“Yaşadığmız dövlətin ictimai-siyasi işlərində iştirak etməliyik. Etiraf edim ki, əvvəllər soydaşlarımız seçkilərdə fəal iştirak etmirdi. Biz bu problemi də artıq həll etmişik. İndi azərbaycanlıların 60-70 faizi seçkilərdə fəal iştirak edir. Şəhər İctimai Şurasının üzvüyük, 1 gəncimiz burda Gənclər Parlamentinin deputatı seçilib, 2 gəncimiz isə Duma başçısının köməkçisidir”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

N.Seyfeli.

Beli, ictimai-siyasi cehetden savadli olmaliyiq ve Dovletimiz buna yardimci olmalidir. Azerbaycanin dunyaya inteqrasiyasi ucun cox vacif bir meseledir, ermeniler buna coxdan nail olublar.

07 May 2024 00:46

Yaz...