Tarix: 24 Aprel 2024 19:05 | Baxış sayı: 267
Cənublu soydaşımız, tanınmış həkim-cərrah Şapur Ənsari Azərbaycanda...  - Fotolar

Cənublu soydaşımız, tanınmış həkim-cərrah Şapur Ənsari Azərbaycanda... - Fotolar

ABŞ-də yaşayan, əslən Cənubi Azərbaycandan olan soydaşımız, tanınmış həkim-cərrah Şapur Ənsari Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, aprelin 23-də Azərbaycan Diplomatik Akademiyasında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edən Şapur Ənsari bu forum çərçivəsində Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə şəxsən görüşüb.

Forumdan öncə tələbələrlə və ekspertlərlə təşkil edilmiş görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov həkim-cərrah Şapur Ənsəri ilə görüşüb.

Komitə sədri bu görüşdə Şapur Ənsəriyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.



Aprelin 24-də Şapur Ənsəri Ədəbiyyat Muzeyini ziyarət edib və muzeydəki eksponatlarla tanış olub. Muzeydə azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, millət vəkili Rafael Hüseynovla görüşüb. Muzeydə xatirə dəftərinə ürək sözlərini yazan Şapur Ənsəriyə kitab hədiyyə olunub.

Daha sonra Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımovla görüşüb və tanınmış xanəndə qonağı evinə dəvət edib.


Uzun müddət ABŞ-nin Miçiqan ştatında yerləşən Corctaun Universitetində ürək cərrahı kimi fəaliyyət göstərib. Ürək cərrahiyyəsi əməliyyatlarında lazer üsulundan istifadə edilməsi ixtirası onun adına patentləşdirilib. Həmçinin, Şapur Ənsəri ABŞ-də xəstəxana sahibidir.

Onun ABŞ-də Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği istiqamətində də xüsusi rolu var. Şapur Ənsəri 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə səfəri zamanı Azərbaycan icması ilə olan görüşdə iştirak edib və ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin qurulması ilə bağlı öz fikirlərini bölüşüb.

Şərhlər

Yaz...