Tarix: 18 Aprel 2024 11:52 | Baxış sayı: 503
 Güneyli fəal tutularaq zindana salınıb

Güneyli fəal tutularaq zindana salınıb

Təbrizdə yaşayan milli fəal, tanınmış idmançı Kərim İsmayılzadə aprelin 17-də həbs olunaraq 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılıb.

Diaspora.TV Günaz.tv-yə istinadən xəbər verir ki, bu haqda yerli insan haqları fəalları məlumat yayıblar. Məlumata görə, o, bundan öncə Təbrizin İnqilab Məhkəməsi tərəfindən "insanları sosial mediada zorakılığa təhrik və dəvət etmək"də təqsirləndirilib.

İsmayılzadə bir müddət əvvəl Urmu gölündə meydana gələn ekoloji fəlakət və İran hökumətinin problemə etinasızlığı ilə bağlı çıxışlarından sonra yenidən basqılarla üzləşmişdi.

Milli fəal, ekoloji problemə diqqət cəlb etmək üçün “Urmu və Araz üçün birlik” adı altında kampaniya başlatmışdı.

Qeyd edək ki, İsmayılzadə bundan öncə də bir neçə dəfə dinc fəaliyyətlərinə görə həbs edilib.

Şərhlər

Yaz...