Tarix: 25 Aprel 2024 15:05 | Baxış sayı: 608
Elektron portal yaradılmalıdır –  Gürcüstanda diaspor sədri

Elektron portal yaradılmalıdır – Gürcüstanda diaspor sədri

“Azərbaycan dilli texnologiya və startap ekosistemi- SN Caucasus adlı təşkilatımız Gürcüstanda yaşayan soydaşlarımıza əsasən texnologiya və startap istiqaməntində dəstək olur”.

Bu sözləri Diaspora TV-yə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən diaspor sədri Amil Bayramov deyib. O bildirib ki, Azərbaycanı, onun mədəniyyətini, adət-ənənələrini xaricdə tanıtmağa, azərbaycançılıq ideyasını təbliğ etməyə çalışırlar:

“Azərbaycan həqiqətlərinin çatdırılmasında da müxtəlif işlər görmüşük. Bununla bağlı müxtəlif onlayn və canlı görüşlər keçirmişik. Eləcə də tədbirlər təşkil etmişik”.

Diaspor sədri Azərbaycan diasporlarının aktivliyindən razı qaldığını da bildirib:

“Diasporamızda hər şey yolundadır. Sadəcə, elektron portal yaradılsa, yaxşı olardı. Daha çox bizim kimi gəncləri prosesə qoşulmalıdır. Könüllü olaraq həmişə xidmət etmişik. Bundan sonra da xidmət edəcəyik”.

Xəyalə Zöhrab


Şərhlər

Yaz...